BAKI, 15 sentyabr. TELEQRAF
“Əgər avropalılar Vaşinqtonu ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Ankoricdə əldə edilmiş razılaşmadan çəkindirməsəydilər, Ukraynada müharibə bir il əvvəl dayandırılmışdı”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Əgər amerikalılar Ankoric razılaşmasından imtina etməsəydilər, Avropa ABŞ-ni buradan çəkindirməsəydi, artıq bir ildir müharibəsiz yaşayardıq. Bu, aşkar faktdır. Ona görə də, nəticəni özünüz çıxarın”, - xarici işlər naziri bildirib.