BAKI, 15 sentyabr. TELEQRAF
Azərbaycan-Türkiyə arasında təmaslar müntəzəm şəkildə həyata keçirilir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Əlaqələrin yüksək səviyyədə olması Hakan Fidanın Bakıya səfərinin də göstəricisidir. Azərbaycan-Türkiyə münasibətləri dünya səviyyəsində analoqu olmayan münasibətlərdəndir”, - o qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr ilk növbədə liderlərin baxışlarını əks etdirir və Şuşa Bəyannaməsində öz əksini tapıb: “Azərbaycan və Türkiyə münasibətlərin inkişafı və tərəqqisi üçün bütün sahələr üzrə əməkdaşlıq edir”.
O, həmçinin son illərdə iki ölkə liderlərinin qarşılıqlı səfərlərinin intensivləşdiyini və bunun da münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi olduğunu vurğulayıb.