BAKI, 29 yanvar. TELEQRAF
“Pley-offa vəsiqə qazandığımız üçün şadıq. Təbii ki, dünənki məğlubiyyətin də təəssüfini keçirik. Ümumi götürsək, bizim üçün yaxşı Çempionlar Liqası mövsümü oldu, yolumuza davam edirik. “Liverpul”la oyun bizim üçün yaxşı dərs oldu. Bunun nəticəsini gələcəkdə görəcəyik”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Heydər Əliyev Beynəlxalq Hava Limanında “Liverpul” səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.
Bəhlul Mustafazadə potensial rəqiblərdən də danışıb:
“Ümumi baxsaq, “Nyukasl” PSJ-dən bizə daha münasib rəqib kimi görünür. Amma ikisi də çox güclüdür, layiqli mübarizə aparmağa çalışacağıq”.
Çindən gəldiyi bildirilən transfer təklifindən də söz açan təcrübəli müdafiəçi bildirib ki, hələlik rəsmi heç nə olmadığı üçün bu barədə danışmağa dəyməz.