BAKI, 29 yanvar. TELEQRAF

"Qeydə alınan nəticə çox üzücüdür. Artıq edəcək bir şey yoxdur. Ümumi götürsək, ciddi komandalarla qarşılaşdıq, tarixi nəticəni əldə etdik".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Kevin Medina "Liverpul"la oyundan sonra deyib.

"Həm PSJ, həm də "Nyukasl" yüksəksəviyyəli komandalardır. Rəqiblər tam bəlli olandan sonra dəqiq fikir bildirmək olar" - Medina pley-off mərhələsindəki potensial rəqiblərdən danışarkən əlavə edib.