BAKI, 13 mart. TELEQRAF

AFFA İntizam Komitəsi Səbail” klubu 3 000 manat cərimələyib.

Teleqraf xəbər verir ki, buna səbəb martın 9-u Azərbaycan Premyer Liqasında XXVI turun “Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində niderlandlı yarımmüdafiəçinin təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması və hakimləri təhqir etməsidir. 23 yaşlı legioner 4 oyun cəzalanıb.

"Turan Tovuz"un futbolçusu Emmanuel Hakman isə "Neftçi" ilə səfər matçının 18-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Ona 1 oyun cəzaya, klubuna 1000 manat cərimə kəsilib.

“Kəpəz” isə "Sumqayıt"la səfər matçında 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat ziyana düşüb.