BAKI. 13 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan milli komandasının Haiti və Belarus yığmalarına qarşı yoldaşlıq görüşləri üçün heyəti müəyyənləşib.

Teleqraf xəbər verir ki, dəvətlilər siyahısını millinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında açıqlayıb.

S.
Ad/Soyad
Klub
1
Rza Cəfərov
Neftçi
2
Şahrudin Məhəmmədəliyev
Qarabağ
3
Aydın Bayramov
Zirə
4
Amin Seydiyev
Sabah
5
Mert Çelik
Səbail
6
Bəhlul Mustafazadə
Qarabağ
7
Bədavi Hüseynov
Qarabağ
8
Rahil Məmmədov
Radomiak Radom (Polşa)
9
Zamiq Əliyev
Eqnatia (Albaniya)
10
Rəhman Daşdəmirov
Sabah
11
Elvin Cəfərquliyev
Qarabağ
12
Aleksey İsayev
Qarabağ
13
Coşqun Diniyev
Çorum (Türkiyə)
14
Elvin Camalov
Neftçi
15
Şahin Şahniyarov
Qəbələ
16
İsmayıl İbrahimli
Zirə
17
Səbuhi Abdullazadə
Sumqayıt
18
Ozan Can Kökçü
HJK (Finlandiya)
19
Toral Bayramov
Qarabağ
20
Nəriman Axundzadə
Qarabağ
21
Xəyal Əliyev
Sabah
22
Renat Dadaşov
Radomiak Radom (Polşa)
23
Ağadadaş Salyanski
Neftçi
24
Mahir Emreli
Nürnberq (Almaniya)
25
Musa Qubanlı
Qarabağ

Qeyd edək ki, Azərbaycan millisi Haiti ilə martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, Belarusla martın 25-də "Bank Respublika Arena"da üz-üzə gələcək.

Hazırlıq "Neftçi" Futbol Mərkəzi və Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Toplanış martın 17-dən başlanacaq.