
BAKI, 13 mart. TELEQRAF
“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “Masdar” Şirkətinin əməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş olub.
Bu barədə Teleqraf-a “AzərEnerji” ASC-dən məlumat verilib.
Bildirilib ki, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. İstismarda olan “Qaradağ” Günəş Elektrik Stansiyası və Meqa layihənin icra strategiyası barədə müzakirələr aparılıb.