
BAKI, 13 mart. TELEQRAF
"Azərbaycan-Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Bir neçə gün əvvəl Ermənistan açıq qalan iki maddəni də qəbul etdiyini açıqlayıb".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Bir neçə gün əvvəl Ermənistan diplomatik kanallar vasitəsilə açıq qalan iki təklifi qəbul etdiyini açıqladı. İndi isə bizim əsas gözləntimiz Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk Qrupunun ləğvidir. Ümid edirik ki, bu da qısa müddətdə həll olunacaq", - nazir bildirib.