BAKI, 13 mart. TELEQRAF

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə 1/4 final mərhələsinin daha 4 komandası müəyyənləşib.

Günün ilk oyununda “Borussiya” səfərdə “Lill” üzərində əzmkar qələbə qazanaraq, nöbvəti mərhələyə vəsiqə qazanıb.

“Aston Villa” gözlənildiyi kimi turu keçməkdə çətinliklə üzləşməyib. İngiltərə klubu səfərdə asanlıqla udduğu “Brügge”ni yerli azarkeşləri önündə darmadağın edib.

İlk oyunda PSV-ni rəqib meydanında biabırçı hesabla məğlub edən “Arsenal” da 1/4 finala vəsiqəni böyük ölçüdə həll etmişdi. Təkrar oyunda Niderland klubuna Londondakı heç-heçə yüngül təsəlli olub.

Günün əsas görüşü isə İspaniyada keçirilib. "Metropolitano" stadionunda "Atletiko Madrid" "Real Madrid"lə üz-üzə gəlib. "Santyaqo Bernabeu"da keçirilən ilk oyunda "Kral klubu" 2:1 hesablı qələbəyə sevinmişdi.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib penaltilər seriyasından sonra bəlli olub. Oyunun əsas vaxtında "Atletiko Madrid" minimal üstünlük əldə edərək, ümumi hesabı bərabərləşdirib. Əlavə vaxtda tərəflərin səyləri nəticə vermədiyindən, penaltilərə ehtiyac duyulub. Daha təcrübəli "Real Madrid" penaltilərdə əzəli rəqibini məğlub edib.

Qeyd edək ki, daha əvvəl İspaniyanın "Barselona", Almaniyanın "Bavariya", İtaliyanın "İnter" və Fransanın PSJ komandaları 1/4 finala yüksəlib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

12 mart

21:45. "Lill" (Fransa) - "Borussiya Dortmund" (Almaniya) – 1:2

Qollar: Conatan Devid, 5 – Emre Can, 54 (penalti ilə). Maksimilian Bayer, 65

İlk oyun - 1:1

00:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland) – 2:2

Qollar: Aleksandr Zinçenko, 6. Deklan Rays, 37 – İvan Perişiç, 18. Kouhaib Drioş, 70

İlk oyun - 7:1

00:00. "Atletiko Madrid" (İspaniya) - "Real Madrid" (İspaniya) -1:0 (ƏLAVƏ VAXT – 0:0, PENALTİLƏRLƏ – 2:4)

Qol: Konor Qallaher, 1

Reallaşmayan penalti: Vinisius Junior, 70 ("Real Madrid")

İlk oyun - 1:2

00:00. "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika) – 3:0

Qol: Marko Asensio, 50 və 61. Yen Matsen, 57

Qırmızı vərəqə: Kiryani Sabbe, 17 (“Brügge”)

İlk oyun - 3:1