BAKI, 13 mart. TELEQRAF

“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaher UEFA Çempionlar Liqası (ÇL) tarixində ən tez qol vuran ingilis futbolçudur.

Teleqraf xəbər verir ki, 25 yaşlı futbolçu “Atletiko” – “Real Madrid” oyununun 26-ci saniyəsində fərqlənib.

Qeyd edək ki, ÇL-in 1/8 final mərhəsinin ilk oyununda “Real Madrid” öz meydanında “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib. Hazırda davam edən mərhələnin təkrar oyununun 1-ci hissəsindən sonra isə “Atletiko” Qallaherin vurduğu qolla 1:0 hesabı ilə öndədir.