BAKI, 13 mart. TELEQRAF

ABŞ Böyük Britaniya və Fransanın Ukraynaya sülhməramlı kontingent göndərmək planlarından uzaqlaşır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Vaşinqtonun London və Parisin Ukraynada hərbi kontingentin yerləşdirilməsi planlarından uzaqlaşması əlamətdardır. Qənaətimə görə, bu həm də ona görədir ki, onlar bunun hərbi baxımdan nəyə gətirib çıxara biləcəyini düşünürlər”, - diplomat bildirib.