BAKI, 13 mart. TELEQRAF

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Teleqraf xəbər verir ki, bu ada Harri Keyn (“Bavariya”, Almaniya), Canluici Donnarumma (PSJ, Fransa), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Can (“Borussiya” Dortmund) iddia edir.

Donnarumma penaltilər seriyasında rəqibin iki zərbəsini dəf edərək komandasını 1/4 finala çıxarıb, Keyn “Bayer”lə qarşılaşmada (2:0) qol və məhsuldar ötürmə, Asensio “Brügge” ilə oyunda (3:0) dubl, Can isə “Lill”lə görüşdə (2:1) qollardan birinin müəllifi olub.