.jpg)
BAKI, 13 mart. TELEQRAF
"Təcrid olmaq doğru seçim deyil, beynəlxalq əməkdaşlıq çox vacibdir".
Teleqraf xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Yeni Epidemiyalar və Geosiyasi Dəyişmələr” panel müzakirənin açılışında bildirib.
O bildirib ki, tibb sahəsində problemlərlə başqa cür mübarizə aparmaq mümkün deyil.
"Problemlərlə mübarizədə başqa yol yoxdur. ABŞ-nin ÜST-dən çıxması itkidən başqa bir şey olmayacaq. Həm bizim üçün, həm də ABŞ üçün. Bütün bunlar maliyə problemləri ilə nəticələnə bilər. Bu da öz növbəsində digər ölkələrə mənfi təsir göstərəcək. Məsələn, bir sıra Afrika ölkələrində dərman anbarlarında çatışmazlıqlar var. Asiyada vərəm xəstəliyi artır. Maliyyə problemi genişlənsə, paralel olaraq 700-dən çox laboratoriya fəaliyyətin dayandırmalı olacaq və bu da yeni epidemiyalara gətirib çıxaracaq”, - Tedros Adhanom Qebreyesus qeyd edib.