
BAKI, 13 mart. TELEQRAF
"Əgər Avropa layihəsi uğursuz olsa, tarixdəki qara günlərə qayıdacağıq. Hazırda dünyada 32 münaqişə var və 400 milyondan çox insan qaçqın vəziyyətində yaşayır".
Teleqraf xəbər verir ki, bunu Yunanıstan Baş nazirinin nümayəndəsi və Yunanıstanın sabiq xarici işlər naziri Dimitris Avramopulos XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, Avropa hazırda ekzistensional böhran içərisindədir.
"Avropa İttifaqı bunun öhdəsindən gələ biləcəkmi? Vahid bir səslə çıxış edə biləcəkmi? Hazırda Avropa barəsində danışdıqda, bir çox səslərin gəldiyini eşidirik. Bəzi ölkələrin dünyada rolu dəyişir və daha güclü olmağa başlayır. Azərbaycan da sabitləşdirici mövqeyə malikdir və biz onun güclü siyasətini dəstəkləyirik", - Dimitris Avramopoulos qeyd edib.