
BAKI, 13 mart. TELEQRAF
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, nüfuzlu turnirdə İngiltərə, İspaniya və Almaniyanın iki klubu mübarizəni davam etdirir. Fransa və İtaliyanın isə ÇL-də bir təmsilçisi qalıb.
1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Turnirin finalı mayın 31-də Münhendə baş tutacaq.
1/4 finalda göstərilən komandalar qarşılaşacaq:
“Aston Villa” (İngiltərə) – PSJ (Fransa)
“Arsenal” (İngiltərə) - “Real Madrid” (İspaniya)
“Bavariya” (Almaniya) – “İnter” (İtaliya)
“Barselona” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)