SAMUX, 13 mart. TELEQRAF

Samux sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Elektrik ustası işləyən Sarıqamış kənd sakini Rəşad Quliyev elə hadisə yerindəcə ölüb.

Hadisə yerinə rayon polis və prokurorluq orqanları əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.