​BAKI, 13 mart. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, 83-cü dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb. “Araz-Naxçıvan" 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmin epizodda “Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb, klub hər oyunçuya görə 2 000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:1.