
BAKI, 13 mart. TELEQRAF
"Qələbəni düşünsəydik, Haitini yox, Monqolustanı seçərdik".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis martın 22-də qarşılaşacaqları Haiti yığması barədə bunları bildirib: "Haiti millisi FIFA reytinqində Azərbaycandan 30 pillə irəlidə yerləşir. Sırf qələbə üçün seçilsəydi, Haitidən də aşağıda olan komandanı seçərdik. Sadəcə, danışıqlar apardığımız komandalar arasından Haiti daha uyğun seçildi. Azarkeşlərə qələbə sevinci yaşatmaq da vacibdir. Amma gələcəyi düşünürüksə, buna uyğun komanda qurmalıyıq".