
BAKI. 13 mart. TELEQRAF
Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununda qonaq komandanın 3 futbolçusu qırmızı vərəqə alıb.
Teleqraf xəbər verir ki, AFFA İntizam Komitəsi buna görə Qərb təmsilçisini 300 manat cərimələyib.
Futbolçulardan Cavid Qasımov 90+1-ci dəqiqədə rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldıqdan sonra ehtiyat skamyanın oturacağını sındırdığına görə 1 oyun cəzalanıb, klubu 100 manat cərimə edilib. Stadionun əmlakına dəymiş zərər “Turan Tovuz-2” komandası tərəfindən qarşılanmalıdır.
90+5-ci dəqiqədə Sadiq Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat ziyana düşüb.
90+6-cı dəqiqədə Dinamin Bağırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.
“Neftçi-2”dən 87-ci dəqiqədə Kamal Kazımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun, 90+5-ci dəqiqədə Həbib İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 4 oyun cəzalanıb. Paytaxt klubu müvafiq olaraq, 50 manat və 300 manat cərimə edilib.