
BAKI, 13 mart. TELEQRAF
ABŞ tərəfindən təklif olunan 30 günlük atəşkəs yalnız Ukrayna ordusu üçün vaxt qazanmaq məqsədi daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Rusiya müvəqqəti atəşkəs istəmir, uzunmüddətli nizamlamada maraqlıdır",- o qeyd edib.
Qeyd edək ki, 30 günlük atəşkəs təklifi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş, Ukrayna Prezidenti Volodimir Zelenski isə təkliflə razılaşmışdı.