
BAKI, 13 mart. TELEQRAF
“Real Madrid” UEFA Çempionlar Liqası (ÇL) tarixində rekord sayda penaltilər seriyasını qazanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Squawka” statistik portalı məlumat yayıb.
Xəbərə görə, oyunlar penaltilər seriyasına keçdikdən sonra “Kral klubu” dörd qələbə qazanıb. ÇL və Avropa Çempionlar Kuboku tarixində heç bir klubda belə statistika yoxdur.
Yada salaq ki, “Real Madrid” ÇL-in 1/4 finalında “Atletiko Madrid”i penaltilər seriyasından sonra məğlub edib.