
BAKI, 13 mart. TELEQRAF
Finlandiya və Ukrayna müdafiə sahəsində ikitərəfli əməkdaşlıq barədə memorandum imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ikitərəfli razılaşmanın məqsədi müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Daha yaxın əməkdaşlıq sahələri arasında müdafiə materialları, informasiya mübadiləsi, tədqiqat və innovasiya sahəsində fəaliyyət, hərbi sursat istehsalı və Finlandiya ilə Ukraynada müdafiə ilə bağlı layihələr yer alır.