
BAKI, 13 mart. TELEQRAF
İngiltərənin “Aston Villa” klubu 42 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə yüksəlib.
Teleqraf xəbər verir ki, Birmingem klubu martın 12-də ÇL-in 1/8 final mərhələsinin cavab oyununda doğma meydanda "Brügge"ni darmadağın edib - 3:0.
Bu nəticə və bir həftə əvvəlki görüş (3:1) sayəsində Unai Emerinin baş məşqçi olduğu kollektiv 1/4 finala yüksəlib.
Qeyd edək ki, “Aston Villa” sonuncu dəfə 1983-cü ildə – 42 il əvvəl Çempionlar Liqası / Avropa Çempionlar Kubokunun 1/4 finalına yüksəlib.