
BAKI 14 aprel, TELEQRAF
Braziliyanın sabiq prezidenti Jair Bolsonaro yenidən xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər veirir ki, uzun müddətdir səhhətində problemlər olan Bolsonaro bağırsağından əməliyyat keçirib.
Onun vəziyyəti ilə bağlı hələlik məlumat verilmir.
Aprelin 11-də Braziliyanın keçmiş prezidenti Rio Qrande bələdiyyəsində keçirilən tədbirdə özünü pis hiss edib.