
BAKI, 15 aprel. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə H.Məmişov maliyyə nazirinin müavini təyin olunub.