
BAKI, 15 aprel. TELEQRAF
Bu il 5,1 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 3,8 faiz olacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsi” sənədində deyilir.
Sənəddə qeyd edilib ki, 2026-2028-ci illərdə orta illik inflyasiya proqnozu müvafiq olaraq 4.3 faiz, 4 faiz və 3.9 faiz proqnozlaşdırılır.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,0 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksəlməsi gözlənilir.