
BAKI, 15 aprel. TELEQRAF
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynaya əlavə 40 milyard avro maliyyə yardımı ayırmaq planından imtina etməli olub.
Teleqraf xəbər verir ki, bu barədə “Público” qəzeti məlumat yayıb.
Bildirilib ki, Kallas bu təşəbbüs üçün Aİ-də əsas müttəfiqlərin dəstəyini qazana bilməyib.
Nəşrin məlumatına görə, Fransa, İspaniya və İtaliya sözügedən təşəbbüsə qarşı çıxıblar.
Qeyd edək ki, 40 milyard avro məbləğində hərbi yardımın Aİ ölkələri tərəfindən iqtisadi güclərinə uyğun şəkildə təmin olunması nəzərdə tutulurdu.