BAKI, 15 aprel. TELEQRAF

Qala qəsəbəsinin Xaşaxuna yaşayış massivinin nəqliyyat əlçatanlığı artırılıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin müraciətləri nəzərə alınaraq, 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 km uzadılıb.

Dəyişiklik nəticəsində “Koroğlu” NMM - Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.