
BAKI, 15 aprel. TELEQRAF
2026-2029-cu illər üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı "2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənəddə qeyd edilir ki, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manat/dollar nisbəti cari ilin səviyyəsində (1,7) götürülüb.