
BAKI, 15 aprel. TELEQRAF
Futbol üzrə Norveç Kubokunun 1/64 final mərhələsinin "Varhauq" - "Brüne" oyununda maraqlı hadisə yaşanıb.
Teleqraf xəbər verir ki, meydan sahibi komanda oyunun ən yaxşı futbolçusuna 23 kq çəkidə donuz əti hədiyyə edib.
Qarşılaşma qonaqların 4:0 hesablı darmadağını ilə başa çatıb.
Daha öncə "Brüne" oyunlardan birində ən yaxşı futbolçuya 100 yumurta vermişdi.