
BAKI, 15 aprel. TELEQRAF
Naxçıvanda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində ümumi sahəsi 100 m² olan çörək sexinin yanar konstruksiyaları 42 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.