TBİLİSİ, 15 aprel. TELEQRAF

“Gürcüstan Prezidenti kimi ilk rəsmi səfərimi dəyərli dost və strateji tərəfdaş ölkə olan Azərbaycana etməyimdən şərəf duyuram”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “X” hesabında yazıb.

Azərbaycana ilk rəsmi səfərinin başladğını qeyd edən dövlət başçısı bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

“Münasibətlərimizin möhkəmləndirilməsinə yönəlmiş məhsuldar görüşləri səbirsizliklə gözləyirəm”, - M.Kavelaşvili yazıb.