BAKI, 15 aprel. TELEQRAF

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı, həmçinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binalar təmir olunacaq.

Teleqraf xəbər verir ki, MMC bu işlər üzrə toplam 48 milyon 500 min manat ayırmağı planlaşdırır.

Müvafiq işlər üçün elan edilmiş tender mayın 5-nə qədər davam edəcək.