
BAKI, 15 aprel. TELEQRAF
Kəlbəcər Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, şuranın konfransı keçirilib.
Milli Məclisin keçmiş deputatı Aqil Məmmədov açıq səsvermə yolu ilə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri olub.
Qeyd edək ki, Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində doğulub.
O, 2008-2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2013-cü ildən 2020-ci ilədək isə Rayon İcra Hakimiyyətinin başçısı olub.
2020-ci il fevralın 9-da parlament seçkilərində 123 saylı Kəlbəcər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi VI çağırış Milli Məclisin deputatı seçilmişdi.