BAKI, 15 aprel. TELEQRAF

Gələn il icmal büdcənin kəsiri 4 milyard 171,2 milyon manat məbləğində proqnozlaşdırılır.

Teleqraf xəbər veri ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsi” sənədində deyilir.

Sənəddə qeyd edilir ki, icmal büdcə kəsirinin 2029-cu ildə 1 milayrd 119,2 milyon manat səviyyəsində olacağı gözlənilir.