
BAKI, 15 aprel. TELEQRAF
Rusiyanın Sankt-Peterburqdakı Dövlət Ermitaj Muzeyi anonim təhlükə xəbərdarlığı səbəbindən müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb.
Teleqraf xəbər verir ki, bu barədə muzeyin rəsmi “Telegram” kanalında məlumat verilib.
“Aprelin 15-də Ermitaja təhlükəsizlik rejiminə təhdid barədə anonim məlumat daxil olub. Hazırda muzeyin binalarına giriş müvəqqəti məhdudlaşdırılıb, ekspozisiya zalları və xidmət otaqları yoxlanılır”, – paylaşımda qeyd olunub.
Aprelin 15-də alınmış biletlər ya başqa gün üçün keçərli olacaq, ya da yoxlama başa çatdıqdan sonra istifadə edilə biləcək.