
BAKI, 8 aprel. TELEQRAF
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətində olduğunu bəyan edib.
Teleqraf verir ki , bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adı ilə tanınan illik hesabatında deyilir .
Sənəddə vurğulanır ki, Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamağa çalışmaqla yanaşı, cənub Kuril adalarının məsələsində öz mövqeyini bundan sonra da müdafiə edəcək: “Hökumət dörd şimal adası (Kuril adalarını Yaponiyada belə adlandırırlar - red.) üzərində mülkiyyət məsələsinin həlli və sülh müqaviləsinin bağlanması siyasətinə sadiq qalmağa davam edəcək”.