BAKI, 8 aprel. TELEQRAF

ABŞ-nin energetika naziri Kris Rayt aprelin 9-da Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə iki həftəlik səfərə çıxacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, səfər münasibətlərin qurulmasına, neftlə bağlı vəziyyətə və ABŞ-yə investisiyalara həsr olunacaq.

Səfər həm də ABŞ Prezidenti Donald Trampın bu ölkələrə səfərinin əsasını qoymağa kömək edəcək və böyük ehtimalla mayın ortalarında baş tutacaq.

Nazir səfərinə BƏƏ-dən başlayacaq, həftəsonu Səudiyyə Ərəbistanına, daha sonra isə Qətərə yollanacaq. K.Rayt Yaxın Şərq turunda ölkələrin bəzilərinin rəhbərləri ilə görüşəcək.