BAKI, 8 aprel. TELEQRAF

"Süni intellektlə imtahan nəticələrinin yoxlama prosesinin üzərində iş gedir".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellektlə yoxlama prosesi aparıldıqda, daha sonra onu marker təkrar yoxlayacaq: "Hələ ki süni intellektlə yoxlama aparmaq məqsədəuyğun deyil".