BAKI, 8 aprel. TELEQRAF

Məmmədbağır Əliyev “Şərəf” ordeni ilə təltif olunub.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Məmmədbağır Əliyev tibb elmləri doktoru, professor, Rusiya Federasiyası dövlət mükafatı laureatlı alımdir. O, Ümumrusiya Azərbaycanlılar Konqresinin ilk prezidentidir.

Məmmədbağır Əliyev 1979-1991-ci illərdə xəstəxana və onkoloji mərkəzlərdə həkim işləyib. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək, burada hərəkət dayaq aparatının şişləri şöbəsində aparıcı mütəxəssis kimi işləməyə başlayıb. 2000-ci ildə dövlət mükafatına layiq görülüb. 2011-ci ildə Prezident İlham Əliyev onun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. 150-dən artıq elmi işin, iki monoqrafiyanın bir sıra səmərələşdirici təkliflərin müəllifidir.

Məmmədbağır Əliyevin bu gün 70 yaşı tamam olur.