
BAKI, 8 aprel. TELEQRAF
Yazı işlərində süni intellektdən istifadə illərdir gündəmdədir.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda ciddi imtahanlar olduqda yoxlamalar süni intellektə həvalə edilmir: "Az əhəmiyyətli imtahanlarda süni intellektdən istifadə olunur. Lakin cavabları təkrar marker yoxlayır".