
BAKI, 8 aprel. TELEQRAF
Əgər dialoq hörmətlə aparılarsa, Oman danışıqlarına davam edəcəyik.
Teleqraf xəbər verir, bu sözləri İran Prezidenti Məsud Pezeşkianın sözçüsü Fatimə Mühacirani bu gün keçirdiyi mətbuat konfransı zamanı İran və ABŞ rəsmiləri arasında birbaşa müzakirələrin aparılması ilə bağlı sualı cavablandırarkən bildirib.
O, əlavə edib: "Bizim danışıqların aparılması meyarımız milli maraqlardır, lakin danışıqlar hələ başlamayıb, buna görə də təfərrüatlar bəlli deyil. Bununla belə, danışıqlar aparan tərəf olaraq bizim üçün vacib olan milli maraqlarımızın qorunması, xalqın rifahının yaxşılaşdırılmasıdır".