.jpg)
BAKI, 8 aprel. TELEQRAF
“Ən yaxın gələcəkdə məktəbli avtobusu ilə bağlı həll yolları ictimaiyyətə açıqlanacaq”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq həmin məktəblər də məlumdur: “Proses şəhərdə tıxacın qarşısını almaq üçün zəruri olan məktəblərdə başlanacaq.
Mahiyyət ondan ibarətdir ki, avtobuslar hər bir valideyn üçün əlçatan olsun, ailə təhlükəsiz şəraitdə övladını məktəbə göndərə bilsin”.