​BAKI, 8 aprel. TELEQRAF

2017-ci ildə markerlər seçilərkən müəllimlərlə yanaşı magistr tələbələri də cəlb olunurdu.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov sualları cavablarkən deyib.

Onun sözlərinə görə, başlanğıc dövrdə bu, normal hal idi:

"Çünki onlar artıq bakalavrı bitirblər, magistr olublar, 1 və 2-ci mərhələdən keçərək marker olublar. Lakin son illər markerlər yalnız müəllimlər arasından seçilirlər".