​BAKI, 8 aprel. TELEQRAF

DİM-in məlumat bazalarına giriş edilməsi mümkün deyil, çünki bu qorunub saxlanılır. Məlumat bazası yüksək təhlükəsizliklə təmin edilib və ora giriş etmək, imtahan nəticələrini dəyişmək mümkün deyil.

Teleqraf xəbər verir ki, bunu DİM-in mətbuat katibi Xanlar Xanlarzadə deyib.

O bildirib ki, balların artırılması üçün pul qarşılığında bunu etməyə çalışanlar dələduzlardır: "Buna görə də kiminsə balını artırmaq üçün belə yollara əl atması halları dələduzluqdur. İctimaiyyət sosial şəbəkələrdə bunlara aldanmasınlar".

DİM bir daha valideynləri diqqətli olmağa və belə hallarda hüquq mühafizə orqanlarına müraciət etməyə çağırıb.