
BAKI, 8 aprel. TELEQRAF
8 aprel Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş qətliamın 33-cü ildönümüdür.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi sosial şəbəkədə paylaşım edib.
“1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni qoşunları 130 evdən ibarət Ağdaban kəndinə hücum edib və kəndi yandırıblar. Ermənilər 779 nəfərə işgəncə verib və 67 nəfəri xüsusi amansızlıqla qətlə yetiriblər. 90-100 yaşlı 8 nəfər yaşlı insan, 2 uşaq və 7 qadın diri-diri yandırılıb.
Bu faciə birinci Qarabağ müharibəsi zamanı Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən biri olub”, - paylaşımda bildirilib.