BAKI, 8 aprel. TELEQRAF

Martın 2-də keçirilmiş buraxılış imtahanların nəticələri həftəsonu açıqlanacaq.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası” ilə tanış olmaq üçün təşkil edilmiş mediaturda deyib.

O bildirib ki, imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı Mərkəz tərəfindən fasiləsiz iş aparılır.