
BAKI, 8 aprel. TELEQRAF
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin innovasiya, elm və texnologiya naziri Qila Qamliel arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.
Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında qeyd edib.
Nazir bildirib ki, görüş zamanı innovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
“İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət etdik”, - deyə Rəşad Nəbiyev əlavə edib.