BAKI, 8 aprel. TELEQRAF

Aprelin 1-ə olan göstəriciyə görə aktiv vergi ödəyicilərinin sayı 0,3 faiz artaraq 809,2 min təşkil edib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı isə 2,9 faiz artaraq 54,4 min təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 faiz artıb və 220,3 min olub.

Xatırladaq ki, martda aktiv ƏDV ödəyicilərinin sayı 2,4 faiz artaraq 54,1 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,3 % artaraq 220,3 min təşkil edib.