
BAKI, 8 aprel. TELEQRAF
ABŞ Ali Məhkəməsi kütləvi deportasiyalara qoyulan moratariumu ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Xatırladaq ki, çoxəsrlik qanunlar ABŞ adminstrasiyasına miqrantları ölkədən çıxarmağa imkan verir. Sadəcə, ölkənin ali ədliyyə orqanı Ali Məhkəmə Ağ Evin direktivinə müvəqqəti moratorium qoymuşdu.
Aprelin 7-də lehinə 5, əleyhinə 4 səs olmaqla ABŞ Ali Məhkəməsi həmin moratoriumu ləğv edib. Bu, yanvar ayında Ağ Evə qayıtdıqdan sonra miqrantlarla bağlı bir sıra sərəncamları imzalayan prezidentin qələbəsi hesab olunur.
Bununla da, ABŞ hökumətinin venesuelaları ölkədən çıxarmağa davam etməsi üçün hüquqi əsas bərpa olunub.
Qeyd edək ki, 1798-ci ildə qəbul olunmuş Əcnəbi Düşmənlər Aktı hökumətə müharibə vəziyyətində yadelliləri ölkədən çıxarmaq səlahiyyəti verir.